Haqqında

azerbaycandili.az saytı Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş “6.4.1. Azərbay¬can dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması” bəndinə əsasən yaradılmışdır. Filologiya elmləri doktoru, professor Məsud Mahmudovun rəhbərliyi ilə hazırlanmışdır. Saytın hazırlanması işlərində filologiya elmləri doktoru, baş elmi işçi Kamilə Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru, elmi işçi Yedgar Cəfərli, filologiya üzrə fəlsəfə doktoru, elmi işçi Cahid Kazımov və proqramlaşdırıcı Qurban Talıbov iştirak etmişlər. Hazırda saytın istifadəsi, təkmilləşdirilməsi, zənginləşdirilməsi, texniki qulluq məsələləri ilə Kompüter dilçiliyi şöbəsinin əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rəna Mahmudova, böyük elmi işçi Maya Heydərova, elmi işçi Nigar Vəlizadə və proqramlaşdırıcı, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Səxavət Talıbov məşğul olurlar.